Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH


05.08.2025  14:23 

Bu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər





A+  A-

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmiryolu ilə sərnişindaşıma qiymətlərinə yenidən baxacaqmı? Bu sual son günlər ictimaiyyətin və sosial medianın diqqət mərkəzindədir. Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın ADY rəhbərliyi ilə keçirdiyi görüşdə də bu məsələ geniş müzakirə olunub. Görüşdə əsas müzakirə mövzuları sırasında ADY-də son illərdə aparılan islahatlar, infrastrukturun modernləşdirilməsi, rəqəmsal transformasiya, təhlükəsizlik siyasəti və xüsusilə də sərnişindaşımada qiymətlər və xidmət keyfiyyəti ön plana çıxıb.

XəzərNews.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə, görüşdə onun da qaldırdığı əsas məsələ məhz sərnişindaşıma qiymətlərinin yüksəkliyi və bunun xidmət səviyyəsi ilə adekvat olub-olmamasıdır:

"Hazırda ölkədaxili istiqamətlərdə standart (plaskart), standart+ (kupe), biznes (SV) və birinci klass üzrə bilet qiymətləri əvvəlki illərlə müqayisədə 3-4 dəfə artıb. Bu, xüsusilə Bakı-Balakən qatarında doluluq səviyyəsinin aşağı olması ilə bağlı da diqqətə çatdırıldı".

O, əlavə edib ki, ADY rəhbərliyi bu məsələnin ictimai əhəmiyyətindən xəbərdardır, lakin hələlik qiymətləri endirmək niyyətində deyil. Görüş zamanı sərnişinlərə məcburi qaydada təqdim olunan yemək setinin ləğv olunması və bununla qiymətlərin azaldılması təklif olunsa da, ADY bu təklifi qəbul etməyib:

"Yerli sərnişinlər ödəniş etdikləri yemək setinə nisbətən evdə daha keyfiyyətli və sərfəli səhər yeməyinə üstünlük verdiklərini deyirlər. Lakin ADY bilet satışında yemək seçimini sərnişinlərin ixtiyarına buraxmaq istəmir".

O.Gündüz söylədi ki, görüş zamanı diqqət çəkən digər maraqlı məqamlardan biri də ADY rəsmilərinin artıq dəmiryolu ilə sərnişindaşımanı "ictimai nəqliyyat növü" kimi qəbul etməmələridir:

"ADY rəsmiləri bunun mövcud qanunvericilikdə nəzərdə tutulduğunu bildiriblər. Bu məsələnin ayrıca müzakirəyə ehtiyacı var. Bununla belə ADY-nin son illərdə yükdaşımada və sərnişindaşımada, xüsusilə də rəqəmsal transformasiya və infrastrukturun modernləşdirilməsi istiqamətində gördüyü işlər, ictimaiyyətlə mütəmadi dialoqa açıq olması, hesabat verməsi və tənqidi müzakirələrdən yayınmaması təqdirəlayiqdir". /sfera.az

Xəbər 189 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +