Komandirin 150 min manatı ələ keçirilib
Araz Musayev niyə bıçaqlanıb? - SƏBƏB
Fransanın məşhur manyakları...
Üçtərəfli formatda görüşə hazıram - Zelenski
Ukrayna hər ay 25-27 min arası əsgər toplayır
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda -Foto
Laçın Hava Limanının açılışı... - Foto
Lavrov Fidan görüşü oldu - Moskvada
Priqojinin qızı ABŞ-dan Rusiyaya qayıdıb
Ərdoğan Azərbaycana sabah gəlir - SƏFƏR


14.12.2020  17:11 

Avtobuslar saat neçəyə qədər işləyəcək?





A+  A-

Məlumdur ki, hərbi vəziyyətin tətbiq edildiyi dövrdə komendant saatı tətbiq edilən ərazilərdə ictimai nəqliyyat axşam saat 21:00- a qədər işləyib.
XəzərNews.az xəbər verir ki, bu gün isə sərnişinləri maraqlandıran əsas məsələ sərt karantin dövründə avtobusların hansı saata qədər işləyəcəyidir. Sürücülər isə sərnişinlərə bu barədə məlumatlı olmadıqlarını bildirirlər.

"Qafqazinfo" məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən münasibət öyrənib. O bildirib ki, paytaxtda sərnişindaşımaların təşkili ilə bağlı bütün zəruri tədbirlər görülür: "Bildiyiniz kimi, hazırda müntəzəm xətlərlə yanaşı ekspress xətlər üzrə də avtobuslar fəaliyyətdədir. Adi rejimlə müqayisədə 20 % daha çox avtobus xətlərə buraxılıb. Komendant saatı artıq ləğv edildiyindən avtobuslar hərbi vəziyyətə qədər ki dövrə uyğun qrafiklə çalışır. Yəni müntəzəm xətlər sərnişin axınına uyğun olaraq gecə saat 23:30 bəzən daha artıq müddətə ekspress xətlər üzrə isə 21:00-a qədər çalışır. Amma bəzən ekspress xətlər də 21:30-dək çalışır.

Sərnişindaşımaların əsasən avtobuslarla icra olunduğu indiki vaxtda avtobusların sərbəst hərəkəti olduqca vacibdir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş saxlasınlar. Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, postlar ətrafında da sıxlıqlar yaranmasın".

Xəbər 2343 dəfə oxunub.




29.05.2025  07:07 

Fransanın məşhur manyakları...

27.05.2025  11:03 

Hava ilə bağlı XƏBƏRDARLIQ

27.05.2025  10:40 

Ölüm, gəl tanış olaq...

27.05.2025  10:29 

Ucarda yük avtomobili yanıb


BÜTÜN XƏBƏRLƏR +