“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


15.11.2022  17:31 

Müsavatın İran səfirliyi qarşısında aksiyası dağıdılıb





A+  A-

Müsavat Partiyasının fəallarının bu gün İranın Bakıdakı səfirliyinin binası qarşısında keçirdikləri etiraz aksiyası polis tərəfindən dağıdılıb.

XəzərNews.az xəbər verir ki, aksiya İranda dinc etirazların yatırılmasına, bu ölkədəki etnik azərbaycanlıların milli və mədəni hüquqlarının pozulmasına, habelə son zamanlar Tehran rejimi tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və milli təhlükəsizliyinə qarşı təhdidlərin artmasına etiraz əlaməti olaraq keçirilirdi.

Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib. Bununla belə, partiya dinc nümayiş keçirmək qərarı qəbul edib.

Polis qüvvələri əvvəlcədən səfirlik binasına gedən bütün yolları bağlayıb. Bir sıra partiya fəalı saxlanılıb.

Qeyd edək ki, saxlanılanlar arasında partiya başqanı A.Hacılı da olub. O bir müddət sonra feysbuk səhifəsində məlumat yayaraq evdə olduğunu bildirib.

Xəbər 985 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +