Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


30.08.2023  14:11 

Təxribatın davamı da olacaq... - Şərh





A+  A-

Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında keçirilmiş iclas ərəfəsi erməni lobbisi bütün dünya boyu xüsusi antiazərbaycan kampaniyası apardı. Dünyanın müxtəlif ölklərinin siyasətçiləri, KİV-ləri vasitəsilə səsləndirilən təkliflərdən biri də Xankəndiyə humanitar hava dəhlizi açılması idi.

Müqayisə üçün Qərbi Berlində yaşanan humanitar fəlakətin qarşısını almaq məqsədilə 1948-ci il iyunun 24-dən 1949-cu il mayın 12-dək hava dəhlizi vasitəsilə humanitar yüklərin daşınması təcrübəsi xatırladılır, eyni təcrübənin Xankəndi üçün də tətbiq olunması təklif edilirdi.

O zaman müttəfiq dövlətlərin pilotları Qərbi Berlinə minlərlə ton ərzaq, geyim, dərman daşımışdı. Bənzər əməliyyatlar təxminən elə o illər Çan Kayşinin ordusunu və Hollandiya əhalisini aclıqdan xials etmək üçün də aparılıb.

İndi Paris meri İrəvana gələrək Xankəndiyə yön alacaq "humanitar yardım karvanınında" iştirak etmək istəyibsə, demək, təxribatın davamı da olacaq, sabah "humanitar hava dəhlizi" ideyasının tətbiqi üçün gediləcək təxribatlara da hazır olmalıyıq.

"Sülhməramlılar" Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yükləri Xankəndiyə buraxmırlarsa, Azərbaycan özü öz humanitar yüklərini çatdırmaq üçün hava dəhlizi (paraşütlə yardım) təşəbbüsü qaldıra bilər. Bu qarşı tərəfin gələcək addımlarını önləmək üçün də lazımdır. İctmai rəy də mümkün qədər qeyri-ordinar addımlara hazırlanmalıdır. İndi "erməniyə yemək verirlər, erməniyə qaz verirlər, başqalarını düşünmürlər" kimi şərhlərlə çıxış edən hər kəs doğrudan ya nə baş verdiyini anlamaq qabiliyyətində deyil, ya da sadəcə təxribatçıdır.

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 2662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +