Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


16.11.2021  12:28 

“Milli valyutanın məzənnəsi sabitdir“





A+  A-

"Cari ildə ölkənin xarici ticarəti və tədiyyə balansı profisitdir. Valyuta bazarında tarazlıq müşahidə olunur".

XəzərNews.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, milli valyutanın məzənnəsi sabitdir:

"Valyuta təklifi orta valyuta təklifini iki dəfə üstələyib. Uçot dərəcəsi 15 faizdən 6,25 faizə endirilib. Cari ildə pul bazası 7,3 faiz artıb. İllik inflyasiya 10 faiz təşkil etməklə hökumətin və Mərkəzi Bankın hədəflərindən kənarlaşıb. İstehlak kreditlərinin faiz dərəcəsinin azalması müşahidə olunur".

Mərkəzi Bankın sədri bildirib ki, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib.

Onun sözlərinə görə, qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır:

“Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürtələ yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib”./Modern.az

Xəbər 4675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +