Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


10.01.2018  10:26 

“Hafka” Ziya Məmmədova uduzdu





A+  A-

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədov arasında maliyyə çəkişmələri davam edir.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bir müddət öncə Z.Məmmədovun oğlu Anar Məmmədova məxsus “Delfin” otelin təsisçisi olan “Delfin” MMC məhkəməyə müraciət edib.

MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Hafka”nın “Bakı” Futbol Klubuna qarşı iddia qaldırıb. Klubun bazası otelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub. A.Məmmədov klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. “Hafka”nın klubu da qarşılıqlı iddia verərək həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib.

Məhkəmə “Delfin”in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verib. “Hafka”nın iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb.

Bundan sonra “Bakı” FK yuxarı instansiya məhkəməsinə müraciət edərək qətnamədən şikayət edib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, bir ay öncə “Bakı”nın 11 hektarlıq ərazisi 15 milyon manata satışa çıxarılıb.

Xəbər 3482 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +