Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


26.05.2025  16:20 

Təhsil Şöbəsinin sabiq müdiri də əfv edilib





A+  A-

Kürdəmir Rayon Təhsil Şöbəsinin sabiq müdiri, həbsdə olan Mətləb Abdullayev əfv edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamda bildirilib.

Sərəncama görə, M.Allahverdiyev cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Xatırladaq ki, M.Allahverdiyev 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Kürdəmir Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Allahverdiyev 8 il 3 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə onun cəzasını 4 il 4 aya endirib.

Qeyd edək ki, M.Allahverdiyev Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovla birlikdə həbs edilmişdi.

Xəbər 1891 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +