Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


07.10.2019  09:15 

Bu gün “Nobel“in laureatları elan olunacaq





A+  A-

Bu gün 2019-cu il üzrə Nobel mükafatı laureatları elan olunacaq.
XəzərNews.az xəbər verir ki, əvvəlcə İsveçdə fiziologiya və təbabət (tibb) sahəsi üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq.

Oktyabrın 8-də Fizika, 9-da Kimya, 10-da isə ədəbiyyat üzrə laureat Nobel Komitəsinin qərarı İsveçdə elan ediləcək. Oktyabrın 11-də isə Nobel sülh mükafatı laureatının adı, həmişə olduğu kimi Osloda elan olunacaq. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 14-də müəyyənləşəcək.

Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimləri hər il eyni gündə - bu mükafatların təsisçisi Alfred Nobelin vəfat etdiyi dekabrın 10-da tarixində keçirilir. Onun vəsiyyətinə görə, bu mərasimlər iki şəhərdə - Stokholm və Osloda təşkil olunur. Stokholmda fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar təqdim edilir. Nobel Sülh Mükafatı laureatlarının təltif edilməsi mərasimi isə Osloda təşkil olunur.

Xəbər 3349 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +