NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq


23.06.2025  12:49 

Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev





A+  A-

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qırğızıstanlı Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılan Azərbaycan təmsilçisi Tofiq Musayev sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

XəzərNews.az xəbər verir ki, idmançı ona dəstək verən azarkeşlərə təşəkkür edib.

MMA döyüşçüsü növbəti qarşılaşmalarda daha güclü və inamlı olacağını yazıb:

“Bəzən qalxırsan, bəzən isə yıxılırsan. Amma əsas olan ayağa qalxmağı bacarmaqdır. Bu dəfə qələbə qismət olmadı. İnsan çox çalışır və inanır, amma həyat bizə fərqli sınaqlar təqdim edir. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyəti, siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız”.

T.Musayevn azarkeşlərə də müraciət edib:

“Sizin səsiniz, arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insan, dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşdə məğlub ola bilərik, amma belə sevgini uduzmaq mümkün deyil. Bu, son deyil. Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı. Hamınıza təşəkkür edirəm”.

Xəbər 829 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +