Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


27.10.2020  21:29 

Ermənistan yaşlı əsirlərə də sahib çıxmır





A+  A-

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir.
XəzərNews.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına, həmçinin Cenevrə Konvensiyasının tələblərinə sadiqliyini ifadə edərək Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb:

“Belə ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı ilə keçirilən görüşdə bir tərəfli qaydada Azərbaycan tərəfinin humanist addım kimi Ermənistan hərbçilərinə aid 30 nəfərin meyitinin və eyni zamanda Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviçin qarşı tərəfə verilməsi ilə bağlı bir tərəfli qaydada təklif verib. Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilən görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq qarşı tərəfdən bu humanitar missiyaya heç bir cavab verilməyib. Bu da qarşı tərəfinin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir”.

Xəbər 2544 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +