Vladimir Putin əmindir ki... - Bloomberg
Qazi maşını “protiv” sürürmüş - Qəza/Ölüm
Sökülən evlərlə bağlı... - Hökumətdən yeni qərar gəlir
Bakıda sərnişin avtobusun şüşəsini sındırıb
Bakıda leysan xəbərdarlığı - Proqnoz
11 saylı notariusun yanında yanğın başlayıb
Bank kartlarından 16 min manata yaxın pul oğurlandı
İran Ermənistanı tələyə salmaq istəyirdi - Politoloq
Ukrayna və ABŞ-ın ümumi məqsədi var - Vens
Putin Trampı sülhə sadiq qaldığına inandırmağa çalışacaq


15.10.2024  18:10 

“Məhəmməd Füzuli- 530” layihəsi türk xalqlarını birləşdirir





A+  A-

Bakı şəhərində türk xalqlarının konserti davam edir. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş konsertdə Qazizə Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazaxıstan Kamera xoru və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət xoru çıxış edəcək. Bu konsert proqramı Gəncə şəhərində davam edəcək.

Türk Mədəniyyəti və irsi Fondunun prezidenti xanım Aktoti Raımkulova Xəzərnews.az-a açıqlamasında bildirib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin 2024-cü ildə keçirilməsi haqqında Sərəncamına uyğun olaraq həyata keçirilib:

“Bu təşəbbüsə dəstək olaraq Türk Mədəniyyəti və İrsi Fondu bu il bir sıra tədbirlər planlaşdırıb və həyata keçirib. Onların arasında müəllifin qazax dilinə tərcümə olunmuş gözəl qəzəl və qəsidələrinin yer aldığı “Füzuli - 530 misra” kitabının nəşri də var. Kitabın təqdimatı Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub. Həmçinin Fond tərəfindən təsis olunan “Türk dünyasının görkəmli şəxsiyyətləri” kitablar seriyasından “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabı Azərbaycan dilində nəşr edilib. Bunlar bu sahədəki layihələrdən sadəcə bir neçəsidir”.

Xanım səfir qeyd edib ki, bu gün Azərbaycan xalqına hədiyyə və ona dərin ehtiram olaraq, Qazax Kamera xoru öz əsərlərini sevimli tamaşaçılarına təqdim etmək üçün dəvət olunub:

“Qazaxıstan qrupu Azərbaycanın Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Dövlət Xor kollektivi ilə birgə konsertlərlə yanaşı, Bakıda bir sıra ustad dərsləri və görüşlər təşkil edib ki, bu da təbii ki, qardaş ölkələr arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə səbəb olub. Ona görə də bu cür layihələrin əhəmiyyətini qeyd edərək, mən bütün türk xalqlarını Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə təbrik edir, onlara başlarının üstündə səmaların açıq olmasını, bol səadət arzulayıram. Qoy dostluğumuz möhkəmlənsin, birliyimiz inkişaf etsin!”

İsmayıl Rəhimoğlu
XəzərNews.az




Xəbər 6302 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi


BÜTÜN XƏBƏRLƏR +