Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


20.12.2021  22:03 

Qarabağ Regional Təhsil İdarəsində Xankəndinin adı niyə yoxdur?





A+  A-

Prezident İlham Əliyev rayon təhsil şöbələrinin ləğv edilməsi, əvəzində Təhsil Nazirliyinin bir sıra regional idarələrinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncam lazımsız bürokratiyanın, bir sıra əngəllərin aradan qaldırılması, xüsusilə yerli özünüidarəetmə sisteminə keçidlə bağlı təqdirəlayiq hesab edilə bilər. O halda ki, bu qərar sənəd üzərində qalmasın və təkcə forma deyil, mahiyyət də dəyişsin.

Azərbaycan Yüksəliş Partiyası olaraq regional idarəetmə sisteminin qurulması barədə təkliflərlə, bu sistemin üstünlüyü ilə bağlı dəfələrlə çıxışımız, təklifimiz olub. Azərbaycan vətəndaşının hər addımda bürokratik əngəllərlə qarşılaşmamasını, kiçik məmurların yaratdığı maneələri aşmaq, ölkədə sosial rifah, rahatlıq istəyiriksə, axır-əvvəl bütün sferalarda bu sistemi qurmalıyıq. Bunun üçün də xüsusi olaraq bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Axı əhalisi 10, 20, 30 min olan bir ərazi niyə rayon, şəhər olmalıdır? Bu məsələnin özünə də yenidən baxılmalıdır. Bu baxımdan bizə yaxın olan qardaş Türkiyə ənənəsini və müsbət idarəetmə qaydalarını ölkəmizə gətirməliyik.

Bir müddət əvvəl Xüsusi İqtisadi Rayonlar yaradıldı. Bu, çox doğru qərar idi. İdarəetmə sisteminin daha da təkmilləşdirilməsi baxımından bütün strukturlarda reigonlaşma prosesi getməlidir. Ancaq qeyd etdiyim kimi, bu proses gələcəkdə mütləq bələdiyyələrə xüsusi status verilməsi ilə nəticələnməlidir. Bu mənada yeni və demokratik bələdiyyə seçkilərinin keçirilməsi və idarəetmənin xalqa bağlanması labüddür.

Burada bir məqama da diqqət çəkməliyik: Qarabağ Regional Təhsil İdarəsinin yaradılması alqışlanmalı addımdır. Ancaq idarəetmə sistemində mütləq bələdiyyə olmalıdır ki, regional təhsil idarəsi də normal fəlaiyyət göstərə bilsin. Faktiki olaraq bu səlahiyyətlərə malik olan güclü bələdiyyələr yoxdur.

Ümumiyyətlə, ölkədə tez-tez qabardılan bütün problemlərin kökü qanun və qaydalar olub, onların tətbiqinin və işləmə mexanizminin olmamasına gedib çıxır. Ümid edirik ki, regional təhsil idarələrinin yaradılması formal xarakter daşımayacaq və onların düzgün fəaliyyəti üçün tezliklə işlək mexanizm, alt baza yardılacaq. Əks halda, bu kimi qərarların əhəmiyyəti və mənası qalmır.

Bugünkü sərəncamda diqqət çəkən bir məqam da Xankəndinin Qarabağ İqtisadi Zonasına daxil olduğu halda, Qarabağ Regional Təhsil İdarəsinə daxil edilməməsidir. 10 noyabr 2020-ci il bəyannaməsi üzrə Xankəndiyə dönməli olan 13 minə yaxın azərbaycanlı məcburi köçkün üçün belə bir idarə lazım deyil? Xankəndi niyə bu bölgünün içərisində yoxdur? AY Partiya olaraq bu, bizim üçün ciddi narahatlıq doğuran bir məsələdir. Bu sualın bizə, bütövlükdə cəmiyyətə açıqlanacaq tutarlı bir cavabı olmalıdır.

Sevinc FƏDAİ
AY Partiya başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini


Xəbər 6275 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +