Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


24.11.2021  22:25 

Mövsümü 9,1 milyon dollar gəlirlə başa vurdu





A+  A-

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) kişi tennisçilərin cari mövsümdə qazandıqları mükafatların məbləğini açıqlayıb.

XəzərNews.az xəbər verir ki, başa çatan mövsümdə 37 raketka ustasının illik qazancı bir milyon dollardan çox olub. ATP-nin reytinq cədvəlində olduğu kimi, bu siyahıya da serbiyalı Novak Cokoviç başçılıq edir. Dünyanın bir nömrəli raketka ustasının illik qazancı 9,1 milyon dollardır. Onun karyerası ərzində qazandığı mükafatların ümumi məbləği isə 154,8 milyon dollara çatıb.

N.Cokoviçdən sonrakı yeri reytinq cədvəlində də ikinci olan rusiyalı Daniil Medvedev tutub. Onun illik qazancı 7,5 dollar təşkil edib. Siyahıda ilk üçlüyü bu günlərdə Turində başa çatan ilin yekun turnirinin qalibi adını qazanan almaniyalı Aleksandr Zverev tamamlayır. Dünyanın 3 nömrəli raketka ustası cari mövsümü 6,4 milyon dollarla başa vurub.

İllik gəlirlərinin məbləğinə görə “Top-10”da digər yerləri Stefanos Tsitsipas (3,6 milyon), Andrey Rublev (3,3), Matteo Berrettini (3,2), Kemeron Norri (2,6), Kasper Ruud (2,3), Xuber Xurkaç (2,3) və Yannik Sinner (2,2) tuturlar.

Xəbər 1748 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +