Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


31.03.2021  10:08 

Hacıqabulda qadın qohumu tərəfindən öldürüldü





A+  A-

Martın 31-də saat 01 radələrində Hacıqabul rayonu, Muğan qəsəbə sakini 1986-cı il təvəllüdlü Rasulova Fəxriyyə Feyruz qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hacıqabul rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qohumu 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Fəxriyyə Rasulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Elvin Axundov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, E. Axundovun F. Rasulovanın qaynı oğlu olduğu bildirilir.

Xəbər 1548 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +