Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı
Azad edilmiş rayonlara şəxsi maşınla getmək olar
Sabah gündüz 21° isti olacaq
Zelenski Putinlə nəyi müzakirə etmək istəyir?
Sıbiqa danışıqlar üçün Antalyaya gedib
Bir kisə pulu Rusiyadan çıxararkən saxlanıldı
Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı


22.02.2017  10:27 

ABŞ-ın İndiana ştatının qubernatoru Xocalı qətliamını pislədi





A+  A-

ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb (Eric Holcomb) xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada “Xocalını Anma Günü” elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan XəzərNews.az-a verilən məlumata görə, bəyanatda, Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir.

Bu, İndiana qubernatoru tərəfindən indiyədək Xocalı qətliamına dair imzalanan ilk bəyannamədir.

Sənəddə Xocalı qətliamı zamanı 600-dən çox mülki vətəndaşın, o cümlədən çox sayda uşaq, qadın və qocaların kütləvi şəkildə öldürüldüyü bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Həmçinin, qubernator Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ABŞ və BMT də daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir.

Bəyanatın sonunda qubernator E.Holkomb İndianada və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 26 fevral tarixində Xocalı qətliamının qurbanlarını andıqlarını bildirərək, bu tarixi İndianada “Xocalını Anma Günü” elan etdiyini açıqlayır və bütün İndiana sakinlərini bu günü anmağa çağırır.

Qeyd edək ki, ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pence (Mike Pence) indiki vəzifəyə seçilməzdən öncə, 2013-2016-cı illərdə İndiana ştatının qubernatoru vəzifəsini daşıyıb.


Xəbər 2773 dəfə oxunub.




14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +