Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


03.12.2021  16:15 

Bu məhşurlar sosial şəbəkə hesablarına məhdudiyyət qoyur





A+  A-

Sosial şəbəkədə ən çox müzakirə edilən və istifadəçilərin diqqətini çəkən tanınmış simaların paylaşımlarıdır. Bir sənət adamı şəkil yayımlayan kimi istifadəçilər yüzlərlə şərh yazırlar. Kimi təhqir, tənqid edir, kimi isə tərifləyir.

XəzərNews.az
Axşam.az-a istinadən xəbər verir ki, bəzi ifaçılar isə şərh bölümünü ya bağlayır, ya da məhdudiyyət qoyur. Yəni ona şərhi yalnız öz seçdiyi dostları yaza bilər.

Həmin məşhurlar kimidr?


Əməkdar artist Mətanət İsgəndərli paylaşımlarında şərh bölümünə məhdudiyyət qoyub. Onun fotolarına yalnız öz dostları yaza bilər. Buna səbəb isə keçmiş gəlini ilə aralarında yaşanan mübahisə olub. Belə ki, nəvələrini anasının əlindən alan isgəndərli yazılan tənqidləri oxumaq istəmir və buna görə də belə addım atıb.

Müğənni Gülay Zeynallı isə bütün paylaşımlarında şərh bölümünü bağlayır. Sənətçinin nə dostları, nə də izləyiciləri ona fikir bildirə bilməz. 860 min izləyici ancaq Gülayın paylaşımlarına bəyəni qoya bilir.

Xalq artisti Röya Ayxan da bəzən paylaşımlarında şərh bölümünü bağlayır. Hərdən isə o da şərh yazma haqqını ancaq dostları üçün açıq edir.

Müğənni Günel Zeynalova da bəzi hallarda paylaşımlarında şərhləri bağlayır. O, açıqlamalarından birində bildirib ki, buna səbəb onun görüntüsü ilə bağlı yazılan tənqidlərdir. Belə ki, izləyiciləri hər dəfə Güneli çox plastik əməliyyat etməkdə günahlandırır və yaraşmadığını yazırlar.

Xalq artisti Tünzalə Ağayeva son günlər paylaşımları ilə gündəmdən düşmür. Müğənni instaqram səhifəsinə xüsusi nəzarət edir. belə ki, Ağayeva yazılan bütün mənfi rəyləri silir. Bəzi hallarda isə o, şərh bölümünü tamamilə bağlayır.

Müğənni Təranə Qumral paylaşım edəndə ilk əvvəl şərh bölümünü bağlamır. İfaçı çox tənqid yazıldığını görəndə şərhləri tamam bağlayır.

Xəbər 1613 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +