Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


28.03.2018  14:11 

Vulkan yenidən püskürə bilər





A+  A-

“Azərbaycanda ötən ildən palçıq vulkanlarının püskürməsində aktivlik müşahidə edilir. 2018-ci ilin əvvəli də Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi ilə səciyyələnir”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda hər il ərzində 2-4 palçıq vulkanı püskürür. Ancaq bəzi illərdə seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da artıb:

“Azərbaycanda palçıq vulkanlarının püskürməsinin əsas səbəbi zəlzələlərdir. Seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da çoxalır. Məsələn, 1926-cı ildə ölkədə il ərzində 8, 1986-cı ildə 12, 2004-cü ildə 9 püskürmə olub. 1986-cı ildən 1989-cu ilə qədər ölkədə seysmoloji aktivlik yüksək olduğundan palçıq vulkanlarının püskürməsi hallarının da sayı çox olub. 2000-ci ildə noyabrın 25-də Bakıda baş verən güclü zəlzələ nəticəsində 2001-ci ilin may ayına qədər yeraltı təkanlar qeydə alınıb. Ona görə də bu müddətdə rekord səviyyədə 16 püskürmə baş vermişdi”.

2004-cü ildə vulkan püskürməsi baxıçımdan “sakitlik” dövrünün müşahidə edildiyini deyən A.Əliyev qeyd edib ki, 2017-ci ildən başlayaraq, ölkədə palçıq vulkanlarının püskürməsində yenidən aktivləşmə qeydə alınır. 2017-ci ildə yalnız yanvar ayından iyun ayınadək 7 püskürmə qeydə alınıb:

“Bu da rekord səviyyədir. Çünki adətən, il ərzində 7 püskürmə olduğu halda, həmin ildə 6 ay ərzində bu qədər sayda püskürmə baş verib”.

A.Əliyev bildirib ki, bu il yanvar ayının 15-dən 16-na keçən gecə Şamaxıda Quşçu, martın 1-də Qobustanda Torağay vulkanı püskürüb: “Mən güman edirəm ki, bu bölgədə müşahidə edilən aktivləşmənin nəticəsi kimi biz yaxın aylarda yenə də palçıq vulkanının püskürməsini müşahidə edəcəyik”.

Alim əlavə edib ki, Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi daha çox Şamaxı-Qobustan regionunda, xüsusilə Qobustanda müşahidə edilir.

O hesab edir ki, palçıq vulkanlarının püskürməsinə səbəb olan seysmoloji aktivlik vulkana yaxın ərazidə qeydə alınmalıdır:

“Hesab etmirəm ki, Zaqatalada baş verən zəlzələ Bakıda vulkanın püskürməsinə səbəb ola bilər. Vulkan zəlzələnin episentrindən 80-100 km-lik məsafəyədək yerləşirsə, onda bu ərazidə baş verən zəlzələ vulkanın püskürməsinə səbəb olur”.

A.Əliyev əlavə edib ki, hazırda Azərbaycanda 353 palçıq vulkanı var. Onun 200-ü quruda, 154-ü dənizdədir.

Xəbər 1549 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +