Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


26.07.2024  10:16 

Ətraf mühitin qorunması və sudan səmərəli istifadə məsələləri müzakirə edilib





A+  A-

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi tərəfindən icra edilən “Ətraf mühitin qorunması və sudan səmərəli istifadə” adlı layihənin təlimləri uğurla yekunlaşıb. İctimai Birlikdən bildirilib ki, təlimlərdə aidiyyəti qurumların nümayəndələri, ekologiya üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər, özəl sektorun nümayəndələri, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.

Xəzərnews.az xəbər verir ki, təlimlərdə Azərbaycanın gələcəyə yönəlik müəyyən etdiyi uğurlu inkişaf strategiyasının əsas istiqamətləri, davamlı inkişaf strategiyası, ölkənin bu günü, gələcəyi istiqamətində əsas prioritetlər müzakirə edilib.

Təlimlərdə çıxış edənlər insan inkişafı baxımından ekologiyanın qorunmasının təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıdığını bildirib, yalnız innovativ, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələrin uğur əldə edə biləcəklərini qeyd ediblər. Təlimlərdə bu sahə üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan təlimçi və ekspertlər çıxışlarında ətraf mühitin qorunması və sudan səmərəli istifadə edilməsi konsepsiyası və prinsiplərinin təşviq olunmasını vacib hesab ediblər. Ekoloji maarifləndirmənin əhəmiyyəti, bu sahənin stimullaşdırılması məsələləri müzakirə olunub.

Təlimlərdə təhsilin idarəedilməsi üzrə ekspert dosent Yusif Ağayev, politoloq Zaur Məmmədov, hüquqşünas professor İsaxan Vəliyev, insan inkişafı üzrə mütəxəssis Murtaza Həsənov, Anar Şükürov, İKT üzrə mütəxəssis Əliyar Musayev və digərləri çıxış ediblər.

Təlimlər qarşılıqlı fikir mübadiləsi ilə keçib. Təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.


Xəbər 149 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +