Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı


27.05.2020  16:19 

ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasını tezləşdirir





A+  A-

ABŞ Əfqanıstandakı hərbçilərini 8 600 nəfərədək ixtisar etməyi iyunun əvvəlinədək başa çatdırmaq niyyətindədir.
XəzərNews.az “Reuters”ə istinadən xəbər verir ki, Kabildəki ABŞ və NATO mənbələri tezləşdirmənin koronavirus pandemiyası ilə bağlı olduğunu bildirib.

Xatırladaq ki, fevral ayının 29-da ABŞ hökuməti ilə “Taliban” hərəkatı nümayəndələri arasında Dohada imzalanmış sülh sazişinə görə ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələri 4,5 ay ərzində 12-13 min nəfərdən 8 600 nəfərədək, daha sonra isə konkret vəziyyətə görə 2021-ci ilin may ayına qədər sıfıradək ixtisar olunmalıdır.

Əfqanıstanda olan ABŞ hərbçilərinin artıq 8 600-ə yaxın olduğu bildirilir. İlk növbədə yardımçı heyətin, habelə koronavirusla bağlı risk qrupundan olanlar vətənə göndərilir.

Ötən gün prezident Donal Tramp Əfqanıstandakı hərbçiləri “məntiqi müddət ərzində” vətənə qaytaracağını bildirmişdi.

Xəbər 1598 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +