“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.05.2023  10:34 

“Sazişin Kişinyovda imzalanması planlaşdırılır” - İddia





A+  A-

Mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin görüşü baş tutacaq.

XəzərNews.az xəbər verir ki, “İravunk” qəzeti görüşlə bağlı bəzi detalları açıqlayıb.

“Bu, Paşinyanla Əliyev arasında konkret sənəd ətrafında yekun razılığa dair sondan əvvəlki görüş olacaq, ən azı iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kişinyovda planlaşdırılan görüş zamanı saziş imzalamaq istəyirlər.

Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyanın Brüssel görüşü öncəsi, ilk növbədə diasporla bağlı müəyyən qorxuları var. İstər Nikol Paşinyan, istərsə də diasporla iş üzrə baş komissarı Zareh Sinanyan səviyyəsində diaspor nümayəndələri ilə son təmaslar göstərdi ki, bundan sonra heç kim susmayacaq və dözməyəcək.

Paşinyanın Brüsselə Azərbaycanla qondarma “sülh”ü bağlamaq gündəliyi ilə səfəri, əlbəttə ki, diasporadan yan keçməyəcək və sürprizlər az olmayacaq”, - deyə qəzet yazıb.

Xəbər 1361 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +