“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.05.2018  17:17 

“Ermənistanda siyasi böhran hələ başlayır” – Rusiyalı politoloq





A+  A-

Nikol Paşinyanın baş nazir seçilməsi seçilməsi Ermənistanda siyasi böhranın başlanğıcıdır.
XəzərNews.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə politoloq, Müasir dövlətlərin Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov qeyd edib.

“Mən düşünürəm ki, bu böhranın sonu deyil və hətta başlanğıcıdır. Hakimiyyətin dəyişilməsi və vətəndaş Paşinyanın hakimiyyətə gəlişi çox şübhəlidir” Martınov bildirib.

Onun sözlərinə görə bu, erməni xalqının “Sarkisyan” soyadından yorulması ilə əlaqədardır.

Böhranın davamı parlamentin buraxılması ilə bağlı olacaq.

Xatırladaq ki, Paşinyan dəfələrlə növbədən kənar parlament seçkilərinin keçirilməsi barədə bəyanatlar verib.

Ekspert hesab edir ki, idarəçilikdə təcrübəsiz olan Paşinyan “keçid dövrünün baş naziri” ola bilər. Politoloqun fikrincə o, ilk olaraq növbədənkənar seçkilərlə o, küçə nailiyyətlərini kapitallaşdıracaq və bundan sonra artıq real oyunçular arasında hər şeyi bölüşdürəcək.

“Bu vəziyyətdə o bir katalizator və ya torpedadır. O ağır siyasətçi deyil. Bu gün ona olan sevgi xalqın bir liderə olan sevgisi deyil. Bu, bir çoxlarının nifrətinə səbəb olan Sarkisyan və onun ətrafının hakimiyyətini yıxa bilmiş birisi kimi, “Ernest Çe Quevera” kimi birinə olan sevgi kimidir” – Martınov hesab edir.

Xəbər 1575 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +