“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


27.03.2017  14:38 

Abituriyentlərə vacib xəbər var





A+  A-

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.
XəzərNews.az xəbər verir ki, bu nömrədə 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, "Abituriyentin elektron ərizəsi" formasının doldurulma qaydası və nümunəsi, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

Bu nömrədə həmçinin 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Azərbaycan Respublikası Milli Kitabxanasına
Ünvan: AZ1000,Bakı,Səbail,Xaqani, 57.
Azərbaycan Respublikası Prezidentinin kitabxanasına
Ünvan: AZ1005, Bakı, Səbail, Nizami, 58.
Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına
Ünvan: AZ1073, Bakı, Səbail, Parlament, 1.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına
Ünvan: AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Respublika Elmi Pedaqoji Kitabxanasına
Ünvan: AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə
Bakı Dövlət Universitetinin Elmi kitabxanasına
Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi-23 (BDU, əsas bina)

Xəbər 1660 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +