Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


07.02.2025  11:08 

Bu ölkələrə viza almadan getmək MÜMKÜNDÜR





A+  A-

Azərbaycan pasportu ilə dünyanın 33 ölkəsinə vizasız, 49 ölkəsinə sərhəddə (hava limanında), 4 ölkəsinə isə elektron viza alaraq səfər etmək mümkündür.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumat məşhur "Arton Capital” şirkətinin 2025-ci ilin əvvəli üçün açıqladığı "Pasport indeksi”ndə yer alıb.

Açıqlanan məlumatda qeyd olunur ki, Azərbaycan pasportu öz "gücünə” görə dünyada 55-ci sırada yer alıb.

Qeyd edək ki, milli pasportların "gücü” vizasız və sərhəddə viza almaq şərti ilə səfər edilən ölkələrin sayı əsasında ölçülür.

Məsələn, "Pasport indeksi”nə görə hazırda dünyanın ən "güclü” pasportu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu hesab edilir. BƏƏ pasportuna sahib olan şəxslər dünyanın 133 ölkəsinə vizasız, 46 ölkəsinə isə sərhəddə viza alaraq səfər edə bilərlər. BƏƏ pasportu olanlar cəmi 19 ölkəyə əvvəlcədən viza alaraq getməlidirlər.

Azərbaycan pasportuna sahib olan şəxslərin vizasız səfər edə biləcəkləri ölkələrin siyahısını təqdim edirik:

Albaniya – 90 gün;

Antiqua və Barbuda – 180 gün;

Baham adaları – 90 gün;

Barbados – 28 gün;

Belarus – 90 gün;

Bosniya və Herseqovina – 90 gün;

Kolumbiya – 90 gün;

Dominika – 21 gün;

Ekvador – 90 gün;

Qambiya – 90 gün;

Gürcüstan – 360 gün;

Qrenada – 90 gün;

Haiti – 90 gün;

İran – 14 gün;

Qazaxıstan – 30 gün;

Qırğızıstan – 30 gün;

Malayziya – 30 gün;

Mikroneziya – 30 gün;

Moldova – 90 gün;

Monteneqro – 90 gün;

Mərakeş – 90 gün;

Namibiya – 90 gün;

Fələstin – 30 gün;

Rusiya – 90 gün;

Serbiya – 90 gün;

Sent – Vinsent və Qrenadinlər – 90 gün;

Surinam – 90 gün (turist kartı);

Tacikistan – 90 gün;

Türkiyə – 90 gün;

Ukrayna – 90 gün;

Birləşmiş Ərəb Əmirlikləri – 90 gün;

Özbəkistan – 90 gün;

Vanuatu – 120 gün.


Xəbər 1664 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +