Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


14.05.2025  15:12 

Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb





A+  A-

Rusiya İstintaq Komitəsi 27 il əvvəl - 1998-ci ildə Kirov yaxınlığında 18 yaşlı tələbənin zorlanması və öldürülməsi ilə bağlı işin üstünü açıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin Kirov vilayəti üzrə İstintaq İdarəsi məlumat verib.

İş üzrə Voloqda vilayətinin sakini saxlanılıb. O, Rusiya Cinayət Məcəlləsinin 105-ci (“Qətl”) və 131-ci (“Zorlama”) maddələri ilə ittiham olunur.

Müstəntiqlərin sözlərinə görə, hər şey 1998-ci ilin iyununda Baranovşçina kəndi yaxınlığındakı meşədə baş verib. Kişi qızı öldürməklə hədələyərək zorlayıb, sonra isə hüquq-mühafizə orqanlarına müraciət etməsin deyə onu dəri iplə boğub. Cinayətkar onun meyitini hadisə yerində qoyub və yoxa çıxıb.

Hadisəni törədənin şəxsiyyəti yalnız 27 ildən sonra müəyyən edilib.

O, hazırda həbsdədir.



Xəbər 3199 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +