İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


12.06.2025  15:50 

Bir neçə gün sonra İrana hücum edəcəklər: ABŞ razılıq verdi?





A+  A-

Vaşinqton-Tehran danışıqlarının altıncı raundunun planlaşdırılması fonunda İran ətrafında hərbi ssenarilərin aktuallaşması diqqət çəkir. Və açıq sual önə çıxır: İsrailin İrana mümkün hücumu Ağ Evin iradəsindən kənar baş verə bilər?

Tehrana hərbi müdaxilə ssenarisində Təl-Əviv və Vaşinqtonun uzlaşmadığı məlumdur. Tramp hücum ssenarisini hazırlayan Netanyahu hökumətini İranla diplomatik həll yolu tapacağı vədi ilə dayandırıb. ABŞ üçün İrana hərbi müdaxilənin çətinlikləri var.

- İranla mümkün müharibənin nəticələrini poqnozlaşdırmaq çətindir;

- Ukrayna müharibəsi bitmədən İranla müharibə ikinci cəbhənin açılması, o cümlədən, Moskva-Tehran-Pekin əməkdaşlığının güclənməsi risklərini yaradır, hətta Avropa da məsafəli şəkildə bu cəbhədə yer ala bilər: ABŞ Rusiya ilə anlaşma olmadan bu ssenarinin tətbiqindən ehtiyatlanır;

- Yaxın Şərqdə İrandan müəyyən “missiyalar” üçün də yararlanır: bura İsrailə qarşı balansın yaradılması (Tramp Administrasiyasının bu balansda İranı Türkiyə ilə əvəzləmək niyyəti müşahidə edilir), eləcə də körfəz ölkələrinin “təhlükəsizlik ehtiyacları”nın daim aktual saxlanılması və ABŞ-ın orbitindən çıxmaması kimi amilləri daxil etmək olar.

Vaşinqtonda bunun əksini düşünənlər və hərbi ssenarini dəstəkləyənlər olsa da, 5 raundluq danışıqlar “diplomatik həll” variantı üzərində qərar verildiyi deməkdir. Hərçənd, 5 raundluq danışıqlarda heç bir nəticə əldə edilməyib, Xameneinin son açıqlaması da ümidləri azaldır. Bunun fonunda iki məqam diqqət çəkir.

1. Xameneinin danışıqların dalana dirəndiyi versiyasını gücləndirən açıqlamasına baxmayaraq, bazar günü Maskatda altıncı raundun keçirilməsinə hazırlıq getdiyi haqda məlumatlar yayıldı;

2. İsrailin bir neçə gün ərzində İrana hücum edəcəyi haqda informasiyalar bir neçə mənbədən tirajlandı;

Bu, İsrailin Trampın nəticə verməyən “diplomatik həll” variantına qarşı gedişi kimi görünsə də, İrana hücumun Vaşinqton-Təl-Əviv xəttində “ortaq qərar” olması istisna edilməməlidir. Və mümkündür ki, 5 raundluq danışıqlarda nəticə əldə edə bilməyən ABŞ İrana qısamüddətli hücuma icazə verməklə – hədəf hərbi və nüvə obyektləri, eləcə də strateji infrastruktur ola bilər – Tehranı növbəti raundda razılaşmaya məcbur etməyi düşünür. Trampın son açıqlaması - “İranla razılaşmanın mümkünlüyünə şübhə edirəm, bir neçə ay əvvəlki ümidlərim azalıb. Onlar nüvə silahına sahib olmayacaqlar. Əlbəttə bunu müharibəsiz, qurbanlar olmadan həll etmək daha yaxşı olardı” açıqlaması da xəbərdarlıq, həm də mümkün hücumda “alibi” qazanmaq kimi oxuna bilər. Pentaqonun “İran nüvə silahını yaratmaq istiqamətində aktiv addımlar atır” açıqlaması da bu kontekstdə təsadüfi deyil.

Hadisələr İrana hücum ehtimalını gücləndirir:

- ABŞ Yaxın Şərqdəki diplomatlarını təxliyə edir: İraqdan təxliyə edildiyi, Küveytdə hazırlığın görüldüyü haqda məlumatlar var;

- “Röyters” İsrailin bir neçə gün ərzində zərbələr endirəcəyini yazır;

- “CBS” ABŞ rəsmilərinin İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu haqda məlumat əldə etdiyini bildirir;

İranı masada razılaşmaya məcbur etmək məqsədilə hərbi zərbələrin endirilməsi istisna deyil.

Asif Nərimanlı
Politoloq


Xəbər 1676 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +