YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


23.08.2021  16:47 

“3-cü qrupda keçid balları yüksək olacaq”





A+  A-

“3-cü qrupda müsabiqə balları daha yüksək olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə feysbukda canlı yayım zamanı II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışarkən bildirib.

3-cü qrupda 600 baldan yuxarı 617 nəfər nəticə göstərib. Keçən il isə 555 nəfər belə nəticə göstərib. Bu o deməkdir ki, reytinqi yüksək olan yerlərdə müsabiqə ağırlaşacaq.

“Keçən il 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 2714 nəfər olub. Bu il eyni nəticə göstərənlərin sayı 150 nəfər çoxdur.

Keçən il 400 baldan yuxarı toplayan abituriyentlərin sayı 6232 nəfər idisə, bu il 6323 nəfərdir. Yəni belə abituriyentlərin sayı 91 nəfər artıb. Ona görə də, bu o deməkdir ki, hansısa ixtisaslarda keçid balı artacaq”.

M. Abbaszadə həmçinin qeyd edib ki, ötən il 150 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 17 min 964 nəfər idisə, bu il 16 567 nəfərdir:

“Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. Biz plan yerləri və müsabiqəyə buraxılanları müqayisə etsək görərik ki, 12 mindən çox uşaq qəbul olmayacaq. 3-cü qrupda müsabiqə balları daha yüksək olacaq. Dövlət sifarişli yerlərdə keçid balları artacaq. II qrupda 420 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı var”.

Xəbər 2328 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +