Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


03.08.2019  19:32 

“Azəravtoyol” cərimələnməsi barədə xəbərə AYDINLIQ GƏTİRDİ





A+  A-

Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı sözügedən ünvanda aparılan yol tikintisi ilə əlaqədar tikinti altına düşən ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı məlum olub. Eyni zamanda, köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkar edilib.
Faktla bağlı "Azəravtoyol" Dövlət Agentliyi barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Ərazidəki digər ağacların köçürülməsi zamanı aqrotexniki qaydalara əməl etmələri üçün Agentliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

XəzərNews.az bildirir ki, "Azəravtoyol" Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Ekologiya Nazirliyinin müvafiq məhkəmə müraciəti barədə Modern.az-a açıqlama verib. Qurum sözçüsü bildirib ki, məsələ hazırda hər iki qurum mütəxəssislərinin iştirakı ilə araşdırılır:

“Həmin ərazidə işlər verilmiş ekspertiza rəyinə uyğun olaraq həyata keçirilib. Bu zaman müvafiq qurumların əməkdaşları tərəfindən nəzarət həyata keçirilib. Orada qanunsuz heç bir proses həyata keçirilməyib. Hazırda yenidən araşdırma aparılır”.

Xəbər 1571 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +