“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


28.11.2017  13:32 

Bakıda qarğalar niyə çoxalıb?





A+  A-

“Təbiətdə bəzi canlılar var ki, onların insandan zəhləsi gedir. Bilirlər ki, insan onların rəqibidir və təhlükəlidir. Bəzi canlılar da var ki, onlar tənbəlliklərindən insanların məişət tullantıları ilə qidalanırlar. Bunlardan da biri qarğadır. Əslində qarğaların çox ağıllı canlı olmaqdan savayı, bizə faydası çoxdur. Qarğalar Bakının sanitarlarıdır”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a müsahibəsində deyib. O, bildirib ki, qarğalar pintiliyin olmasının göstəricisidir: “Şəhərdə nə qədər zibil çoxalacaq, qarğalar da çoxalacaq. Qarğalar zibil yeşiklərinin kənarında olan tullantılarla qidalanır. Qarğalar olmasa, o tullantılar orada çürüyəcək, çoxalacaq və virus yayılacaq – vərəm, taun, tuberkulyoz artacaq. Qarağalar isə bu tullantılarla qidalanır və üzvi maddələri öz orqanizmində saxlayır. Yəni, qarğaya pis baxmaq lazım deyil. Qarğaları azaltmaq istəyiriksə, ərzaq tullantılarını azaltmalıyıq.

Bir zamanlar Bakıda köhnə dəyirman var idi. Orada elə siçovullar var idi, deyirdilər ki, guya onlar uşaqları da yeyər. Oranı təmir edəndə dedilər ki, bu siçovullar şəhərə yayılacaq və insanları qıracaq. Amma keçid dövrü oldu, insanlar çoxaldı və belə bir şey olmadı. Ora əvvəl un zavodu idi. Un tullantıları olan yerdə siçovullar da çox olar. Lakin indi o siçovulların hara getdiyi, necə olduğu bilinmir”.

E. Yusifov onu da qeyd edib ki, inanclarda deyildiyi kimi qarğalar 300 il deyil, 80 il yaşayır.

Xəbər 1556 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +