SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək
Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib


12.12.2025  14:03 

Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır





A+  A-

İki gündür cəmiyyət olaraq dərin psixoloji sarsıntı içindəyik. Yaşlıların təzyiqi qalxıb, ortayaşlılar əllərini ürəklərinin üzərinə qoyublar, azyaşlılar və yeniyetmələr göz yaşı ilə təsəlli tapır. Söyüş, qarğış, nalə göyə bülənd olub.

Cəmiyyət əldən gedir. Səbəbi də bəllidir: Bu “Qarabağ” hansısa Niderlandın hansısa “Ayaks” adlı komandasına qalib gələ bilməyib.

Dəhşətdir. Cəmiyyəti bu hala salanlar mütləq cəzalandırılmalıdır. Bizim cəmiyyətin standartlarına yaddır bu məğlubiyyət. Cəmiyyətimizin standartı belədir: Ya hamıya qalib gəlirsən və hamı da hər şey səndən tələb edir. Ya da hamıya məğlub olursan və heç kim səndən heç nə tələb etmir.

“Qarabağ” yeni trend gətirmək istəyir cəmiyyətin standartlarına: Gah qələbə qazanır, sevindirir cəmiyyəti, gah da məğlub olub kədərləndirir.

Bu da cəmiyyətimizin dərin psixoloji sarsıntı keçirməsinin əsas səbəbidir.

Bu məsələ tezliklə həll olunmalıdır. Çünki qarşıda “Ayntraxt” və “Liverpul”la oyunlar var. “Qarabağ” bu oyunlarda məğlub olsa nə baş verəcəyini təsəvvür etmək mümkün deyil.

Bəs çıxış yolu nədir? Çox sadədir: Məsələn “Qarabağ” dərhal “Neftçi”, “Sabah”, “Zirə”, “Kəpəz”, “Araz Naxçıvan” olmalıdır. Heç kimin heç nə tələb etmədiyi komanda.

Bəs bunun üçün nə lazımdır? Bu da sadədir: Qurban Qurbanov dərhal istefa verməlidir. Bu adama yaxşı bələdəm, öldürsən də inadından dönməz, “Qarabağ”ı heç vaxt “Neftçi” etməz.

Ona görə də, dərhal qovulmalıdır “Qarabağ”dan və cəmi 6 aydan sonra bu komanda olacaq “Neftçi”. Ondan sonra cəmiyyət olaraq tam xoşbəxt olacağıq. Nə qarğış edən olacaq, nə söyüş söyən. Nə təzyiqi qalxan olacaq, nə ürəyi ağrıyan, nə də ağlayan.

Amma bir vacib məsələ var: Qurban Qurbanov təkcə “Qarabağ”dan istefa verməməlidir. Bu adam ölkədən də qovulmalıdır. Siz onu yaxşı tanımırsınız, gedər hansısa “Sabah”a və onu da “Qarabağ” edər. Ondan sonra günümüz necə olar? Cəmiyyətimizin gələcəyi naminə onun standartlarını pozmaq olmaz. Bir daha belə dərin, emosional psixoloji sarsıntıya tab gətirə bilmərik. Qurban Qurbanov istefa verməli və ölkədən qovulmalıdır. Var olsun cəmiyyət və onun standartları.

Natiq Muxtarlı

Xəbər 560 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +