YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


14.05.2024  16:32 

Fondun imkanlarından istifadə etməliyik - Nigar Həsənzadə





A+  A-

“Mədəniyyət hər bir xalqın, millətin, cəmiyyətin güzgüsüdür. Mədəniyyət inkişaf etməsə, o xalqın gələcəyi yoxdur”.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, bu sözləri İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 4-cü Forumunda DABF-ın Mədəniyyət komitəsinin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə deyib. Onun sözlərinə görə, xalqımızın tarixi, mədəniyyəti o qədər zəngindir ki, sadəcə onu düzgün şəkildə göstərməliyik:

“Dünya görmək istəyir, ya da görmək istəmir, biz onu göstərməliyik. II Qarabağ müharibəsində dünyanın gözünü məcburən aça bildik. Düşünürəm ki, mədəniyyətimizi də bu cür təbliğ etməliyik. Bunun üçün istək və istedaddan əlavə maliyyə də çox vacibdir. Sevgi ilə, istəklə müəyyən yerə qədər gedə bilərik. Bunu təcrübəmə əsaslanıb deyirəm. Son 8 ildir ictimai fəaliyyətlə məşğul oluram, gördüyümüz işlər göz önündədir. Bunu da çox gözəl anlayıram ki, biz müəyyən yerə qədər belə gedə bilərik. Çox istərdim ki, seçilmiş ölkələrdə Fondun mədəniyyət komitəsinin təmsilçiləri olsun”.

N.Həsənzadə 14 il Böyük Britaniyada yaşadığını və orada musiqi, rəsm, heykəltaraşlıq və digər sahələrdə çalışan çoxlu istedadlı insanları tanıdığını bildirib:

“İsrail, Avstriya, Türkiyə və başqa ölkələrlə güclü əlaqələrimiz var. Bu əlaqələri daha da irəli aparmaq üçün Fondun imkanlarından istifadə etməliyik. Əlbəttə, böyük beynəlxalq festival təşkil etməyə imkanımız yoxdur. Teatr, musiqi, poeziya festivalı təşkil etmək isə o, deməkdir ki, hansısa dövlətin bir nümayəndəsi parlayır, dünyada tanınır. Bizim çox istedadlı gənclərimiz var. Eləcə də gənc olmasa belə, tanınmış mədəniyyət nümayəndələrimiz var. Hesab edirəm ki, biz onları festivallara göndərə bilərik. Bu, Azərbaycan və onun mədəniyyəti adında böyük işdir”.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 5124 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +