Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində
Azər İsmayılov saxlanılıb... - 50-dən çox şəxsi aldadıb
AzTV-də üzə çıxan nöqsanlar...
Elşən Məhərrəmov vəfat edib
Tanınmış bloger axtarışa verildi -FOTO
Mehdiyevlər İmişli bazarını belə ələ keçirib...-ŞOK DETALLAR
Daha bir çörək sexi bağlandı


04.11.2022  20:07 

Fazil Məmmədovdan mənə idarə rəisi, icra başçısı vəzifəsi təklifi gəlib...





A+  A-

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Sosial şəbəkələrdə paylaşılan məlumatlara - statuslara istinad etsək deyə bilərik ki, 17 il vergilər naziri olan F.Məmmədova münasibət birmənalı olmayıb. Bu qəbildən olan statusların birini də sabiq millət vəkili, iş adamı Nazim Bəydəmirli paylaşıb. N.Bəydəmirlinin statusunda maraqlı məqamların olduğunu nəzərə alıb oxucuların diqqətə çatdırırq:

- Türkiyədə vəfat edib... Onunla bağlı xatirələrim çoxdur.

2005-ci il seçkilərinə 5 gün qalmış ilk dəfə görüşə dəvət edib, soruşub:

- bilirik ki, reytinqiniz yüksəkdir, nə kömək lazımdır?

- ən böyük kömək mane olmamaqdır, onu da edirsinizsə təşəkkür edirəm.

- mənə deyil, cənab prezidentə təşəkkür edin, onun tapşırığıdır.

- cənab prezidenti görəndə, təbii ki, təşəkkürümü şəxsən edəcəm, indi isə sizin vasitənizlə etdim.....siyasi söhbət bitib, çay içib ayrılmışdıq. Ora dəvət olunan zaman elə zənn etmişdim ki, məni seçkidən geri çəkilmədiyimə görə təzyiq edib, həbs edəcəklər.

30 aprel 2009-cu ildə şəxsi göstərişinə əsasən təsisçi olduğum "Atahan Dəmir Sənaye" MMC-nin direktorunu, satış müdirini və mühasibi həbs ediblər ki, Nazim Məmmədov niyə sahibkarların qurultayında qonaq qismində hökumətin təyin etmək istədiyi namizədi deyil, Ələkbər Məmmədovu dəstəkləyib... Sonradan Ələkbər Məmmədovu özünə müşavir götürüb, o da mənim gözümdən yerə düşdü...

2010-cu il parlament seçkisinə 3 gün qalmış namizədliyimi geri çəkmədiyimə görə Fazil Məmmədovun "qaramaskalı quldurları" klinikamıza basqın edib, direktoru həbs ediblər, 100 min manatdan yuxarı qanunsuz cərimə yazıblar. Vəkilimin evinə də paralel basqın edib, ailəsini şantaj ediblər ki, Nazim geri çəkilməsə vəkili də tutacağıq.

2011-ci ilin yanvar ayında müavini Natiq Əmirov dəvət edib yanına, cinayət işinə xitam verdiyini, cərimənin silindiyini və mənə Vergilər nazirliyinin Baş idarə rəisi vəzifəsini naziri adından təklif edib, müəyyən şərtlər (susmaq, mətbuata çıxmamaq və s.) imtina etmişəm....bir neçə ay sonra yenə Fazil Məmmədovdan Gədəbəy RİH başçısı vəzifəsi təklifi gəlib, yenə də başqa səbəblərə görə imtina etmişəm...O zaman prezidentə çatdırıb ki, Nazim Məmmədovun iddiaları çox böyükdür, təkliflərimlə razılaşmayıb:)

2012-ci ildə "baku steel" ləqəbli Rasim Məmmədovun basqını zamanı Fazil Məmmədova, Natiq Əmirov vasitəsi ilə şikayətimi çatdırmışam, reaksiya verməyib, sonradan bilmişəm ki, elə Fazil Məmmədov da Rasimlə "şərikli" çörək qazanırmış:)

Bu hələ ən parlaq nümunələrdir....başqa xırdaları yazıb vaxtınızı almıram.

Belə məsələlərdə mən Allahın işinə qarışa bilmirəm!

Xəbər 2660 dəfə oxunub.




04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi


BÜTÜN XƏBƏRLƏR +