Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


09.03.2017  11:08 

DİM imtahan pullarından 15 milyon qazanacaq





A+  A-

Xəbər verdiyimiz kimi, Tarif Şurası Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin, yəni imtahanların yeni qiymətlərini elan edib.
Bu qiymətlər ictimaiyyət arasında narazılığa səbəb olub. Təhsil ekspertləri də bu cür qiymətlərin onlar üçün gözlənilməz olduğunu qeyd edib. Bir daha xatırlatsaq, 20 manat olan imtahan qiyməti ƏDV ilə 23.6 azn, 40 manat olan imtahan qiyməti ƏDV ilə 47.2 azn, 50 manat olan imtahan qiyməti ƏDV ilə 59 azn, 60 manat olan imtahan qiyməti ƏDV ilə 70.8 azn,100 manat olan imtahan qiyməti ƏDV ilə 118 azn-dir.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu məqamda Dövlət İmtahan Mərkəzinin yeni elan olunmuş qiymətlərə əsasən bu il keçiriləcək imtahanlardan əldə edəcəyi məbləği araşdırıb. Araşdırma rəqəmləri isə ötən il sözügedən imtahanlarda iştirak edən tələbələrin sayı əsasında aparılıb.

Belə ki, ötən il orta ixtisas məktəblərinə qəbul olmaq üçün sənəd təqdim edənlərin sayı 9 illikdə 25 min nəfər olub. 11 illikdən orta ixtisas məktəblərinə imtahan verənlərin sayı 50 324, ali təhsil müəssisələrinə imtahan verənlərin sayı 82 866, magistr pilləsinə qəbul olmaq istəyən bakalavrların sayı 24 558, rezidenturaya qəbul olmaq üçün sənəd təqdim edən şəxslərin say 1 500 nəfər olub. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən imtahan verənlərinin sayı 7 909-dur. Xüsusi qabiliyyət tələb edən ixtisaslara 35 000 abituriyent imtahan verib.

Beləliklə, indi açıqlanan imtahan qiymətləri ilə ötən il imtahan verən abituriyentlərin sayını hesablayıb müvafiq vurma və toplama əməli nəticəsində məlum olur ki, Dövlət İmtahan Mərkəzi ( TQDK) bu il təxminən 11 milyon 467 min 369 manat vəsait qazanmış olacaq. Əlavə olaraq, magistr və rezidenturanın ikinci mərhələlərinidə iştirak edəcək abituriyentlərin sayını nəzərə alsaq, gəlirin 15 milyona yaxın olacağı istisna deyil.

Xəbər 5382 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +