Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


28.02.2017  14:03 

Sabah hava necə olacaq?





A+  A-

Bakı və Abşeron yarımadasında martın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 9-14, Bakıda gecə 2-4, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mart ayının 3-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəsas insanlar üçün əlverişlidir.



Xəbər 4551 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +