13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


01.06.2025  14:57 

Azərbaycan Antalyadan belə geri qalır - Ekspert





A+  A-

Azərbaycan 2024-cü ildə xaricə 686 milyon 254 min dollarlıq meyvə-tərəvəz ixrac edib. Antalyadan 2024-cü ildə meyvə-tərəvəz ixracının həcmi 891 milyon 564 min dollar olub.

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli Azərbaycan və Antalyanın iqtisadi fərqlərini şərh edərkən qeyd edib.

Azərbaycanın 2024-cü ildə turizm gəlirlərinin 1,6 milyard dollar olduğunu bildirən iqtisadçı həmin ildə Antalyanı 17,3 milyon turist ziyarət etdiyini, bölgənin turizm gəlirlərinin isə 17 milyard dollar olduğunu vurğulayıb:

"Anyalya vilayətinin ərazisi 20.177 km², əhalisi isə 2,8 milyon nəfərdir. Azərbaycanın əhalisi 10,1 milyon, ərazimiz isə 86,6 min km²-dir.

Təbii ki, hər bir müqayisə qüsurludur, Altalya tarixinə, təbiətinə, dənizinə görə turizm mərkəzlərindən biridir, amma cəmi 40 il bundan qabaq həmin təbiət də var idi, həmin dəniz də, həmin tarixi yerlər də - sadəcə, turist yox idi. Deməli, tarixi yerlər, təbiət, dəniz azdır, əsas olan idarəetmə sistemi və biznes mühitidir.

Bizim ərazimiz Antalyadan 4 dəfə böyükdür, amma, meyvə-tərəvəz ixracı Antalyada Azərbaycandan 2024-cü ildə 215 milyon dollar daha çox olub.

Onu da deyim ki, Antalya meyvə-tərəvəz ixracatında 85-90%, turizmində 75-80%-ə yaxın pay kiçik-orta sahibkarlara məxsusdur. Bizdə, Azərbaycanda isə 2024-cü ildə ixracın tən yarısını dövlət sektoru edib".

Xəbər 321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +