Rusiyalı nazir Heydərovla görüşdə Putindən nə çatdırdı?
Yekaterinburqda azərbaycanlılara qarşı növbəti TƏXRİBAT
Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?


26.06.2025  14:05 

Sürücülər bu yolda 8 DYP inspektorunun “sürət tələsinə” belə salınır - FOTO





A+  A-

Tanınmış jurnalist, “Təzadlar” qəzetinin Baş redaktoru Asif Mərzili Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevə müraciət edib.

XəzərNews.az xəbər verir ki, A.Mərzili müraciətində sürücülərdən daxil olmuş şikayətlər əsasında bu gün səhər saatlarında 8 noyabr - Aeroport yolunun Zığ qəsəbəsindən keçən hissəsində müşahidə apardıqlarını bildirib:

“Həm yolun sağ, həm də sol- şəhər istiqamətində 4 avtomobili cəlb etməklə (8 DYP əməkdaşı) görün nə edir? Daha ətraflı video və fotoçəkilişlər az sonra təqdim ediləcək. Təsəvvür edin, dislokasiya yeri olmadığı halda və A.Cəlilov, Y.Səfərov… küçələrindəki bayram tıxacını təmizləməli olduqları halda, 8 inspektor aeroport istiqamətindən şəhərə gələn sürücüləri sürət həddi tələsinə salır.



Əvvəla, 110 km - saat sürət qəflətən 90-a, sonra 70-ə, daha sonra 60-a və birdən də 50-yə salınıb, qarşıda isə 50 km- saat sürətin harada bitdiyini göstərən nişan yoxdur. Ən vacibi, şəkillərdən də göründüyü kimi, yolun bu hissəsində iki yerdə işıqfor varsa, sürət həddini 50 ilə məhdudlaşdırmağa nə ehtiyac? Bu gün əməkdaşımızla birlikdə gördük ki, ehtiyac var. Belə ki, 60 km - saat sürətlə gələn sürücü işıqforun yaşıl işığını (idarə edilən) görərək birdən 50 km-saat sürətin yersiz olduğunu düşünür, ola bilər ki, lap 61-lə bu yolu keçir. Sürücü bilmir ki, qarşıdakı tində onu 4 DYP avtomobilində 8 inspektor gözləyir. Onlar isə dərhal sürücülərin arxasınca düşürlər və… “Və”-nin mənasını videokadrlarda görəcəksiniz.

Cənab polkovnik Rəşid Piriyev.

Sürücü niyə düşüb DYP avtomobilinə əyləşib - çıxmalıdır? Bunun nə demək olduğunu yəqinki bilirsiniz.



İkincisi, əgər bu reyddirsə, yol polisi inspektorları niyə aşkarda dayanmır? Axı orda radar da var. Qoy sürət həddini radar çəkib sürücüyə göndərsin.

Üçüncüsü, bu media müşahidələrimizi görən 8 inspektor bizi saxladı, peşə fəaliyyətimizə mane oldular. Buna görə AR CM-nin müvafiq maddəsini təkrar təqdim etmək istəmirik. Amma bilirik ki, cənab nazir Vilayət Eyvazov paytaxtın yol polisi inspektorlarının bu cür xidmətini heç vaxt onlara və Sizə bağışlamaz.

Sürücülərin bir-bir saxlanılması və ya DYP inspektorlarının onların ardınca gedib yolda saxlayıb avtomobilinə çağırmasını əks etdirən videokadrlar isə təqdim ediləcək”.





Xəbər 1474 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +