“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT
Xəbərdarlıq: Maskalardan istifadə edin
Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq


28.03.2024  14:38 

“3 manatlıq supa görə...”





A+  A-

Müğənni Kərim Abbasov onu iftar yeməyinə dəvət edən dostlarından gileylənib.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, dostlarına səslənən ifaçı dost-tanışlarından onu uzaq məsafəyə iftar qonaqlığına dəvət etməmələrini tələb edib:

“Əziz məni iftar qonaqlığına dəvət edən dostlarım, sizdən çox rica edirəm, başınıza dönüm, qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Pirşağı, Sumqayıt, Nasosnu kimi yerlərə salmayın. Qurban olum, salmayın! Tıxacla gəlib çıxmaq olmur.

Özü də oruc olan adam onsuz da əsəbi, gərgin olur, indi iş də başlayıb, elə gözləyirsən ki, vaxt tamam olsun su içəsən, siqaret çəkəsən, özünə gələsən. Qardaş, mən bu əsəblə, tıxacla necə gəlib çıxım Mərdəkana, Novxanıya, Zığa?! Mən saat neçədə evdən çıxım ki, iftara qədər gəlib siz dediyiniz yerdə olum?

Nə olar, ondansa, məni dəvət eləməyin. Mən 3 manatlıq supla doyan adamam. Supa görə 40 kilometr maşın sürmək istəmirəm! Allah qəbul eləsin!”

Onun bu paylaşımı birmənalı qarşılanmayıb. Bəziləri Kərimin hərəkətini hörmətsizlik adlandırıb.

Həmin kadrları təqdim edirik:



Xəbər 4248 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +