Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


05.09.2023  12:25 

Əli İnsanovun partiyası da qeydə aldı





A+  A-

Sabiq səhiyyə naziri Əli İnsanovun partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Yenisabah.az-a açıqlamasında Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli məlumat verib.

"Partiyanın rəhbər orqanları bundan sonrakı fəaliyyəti müəyyən edəcəklər. Ümumi və xalqımızın maraqlarına uyğun müvafiq qərarlar veriləcək",- o deyib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Dünən iki partiya - deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiyası, İqbal Ağazadənin Ümid Partiyası dövlət qeydiyyatına alınıb.

Xəbər 2998 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +