Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


08.03.2024  11:07 

Müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır





A+  A-

Müsəlmanların diskriminasiyaya məruz qalması Avropanın reallığıdır.

Xəzərnews.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Tolerantlığı təşviq etmək üçün qlobal dialoqa çağırış, Sülh və İnsan Hüquqlarına və Dini Müxtəlifliyə Hörmət” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın islamofobiya ilə bağlı mübarizədə mühüm addımlar atması ölkənin nüfuzunu bütün dünyada artırır: "Dinlərarası harmoniya mühitində multikultural yaşayışımız bütün dünyada model kimi təqdim edilir. Azərbaycan dünyaya islam həmrəyliyini təbliğ edir və bu sahədə əməli addımlar atır. Bütün bunlar islam əməkdaşlığına mühüm töhfələr verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə ibadət yerlərinin bərpası, yenidən qurulması multikultural əməllərin bariz nümunəsidir".

A.Paşazadə dini dəyərləri öz məqsədləri üçün təhrif edənlərə qarşı da mübarizəni artırdıqlarını bildirib: "İslamobiyaya qarşı dövlətlər səviyyəsində mübarizələr aparılsa da, ksenofobiyanın qarşısını almaq mümkün olmayıb. Bu gün İsveç, Danimarka, Fransa və bir sıra Qərb ölkələrində islamofobiyanın dərin təzahürləri müşahidə olunur. Müsəlmanlar bu kimi ölkələrdə diskriminasiyaya məruz qalırlar. Bütün bunlar Avropanın reallığıdır. İslam dünyasının ayrılmaz parçası, Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycan milli, dini və irqi zəmində ayrıseçkilik hallarını daim pisləyib".

Xəbər 11258 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +