Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


30.10.2018  15:18 

Azərbaycan parlamentində Ukraynadakı səfirimiz tənqid olundu





A+  A-

Parlamentin bu günki iclasında millət vəkili Zahid Oruc Ukraynadakı indiki və keçmiş səfirimiz arasında yaşanan xoşagəlməz dartışmaya diqqəti yönəldərək baş verənləri qınadı və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa kimsənin haqqı olmadığını bildirdi:


"Düz bir aydır Azərbaycanın Ukraynadakı indiki və keçmiş səfiri arasında dartışma davam edir. Mövzu nədir? 10 il öncə səfirliyin binası təmir olunanda yeyintiyə yol verilib, yoxsa yox. Ay qardaş, bu məsələ Azərbaycanın kompitensiyasında olan bir problemdir, bunu Ukrayna prokurorluğuna müraciət edəndə bir sabiq və indiki səfir arasındakı bu polemika Azərbaycanın Ukraynadakı mövqeyinə mənfi təsir edir. Bütün bu illər ərzində prezident İlham Əliyevin və ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın uğurlu diplomatik məkanı qurulub, formalaşıb. Kimsə bu məsələ ətrafında polemika açmaq istəyirsə, gizli bir məktubla Azərbaycanın prokurorluğuna, daha yuxarı hakimiyyət orqanlarına müraciət etsin, yoxsa bu məsələ ətrafında polemikanın media vasitəsilə ictimailəşməsinə yol vermək olmaz. Onların buna ixtiyarı yoxdur. Məsələ Ukraynada deyil, Azərbaycanda araşdırıla bilər ki, doğrudan da orada yeyinti olub, yoxsa yox".



XəzərNews.az xəbər verir ki, bundan sonra Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun Azərbaycandan olan rəhbəri Rüfət Quliyev söz alaraq həmkarının ittihamlarını dəstəklədi və ad çəkməsə də bu olayı ictimailəşdiridiyinə görə onları qınadı:

"Mənə dünəndən Ukraynadan çoxlu zənglər gəlir və sabah Kiyevdə bununla bağlı mətbuat konfransı keçiriləcək. Nəyə görə Azərbaycanın Ukraynadakı sabiq və indiki səfir arasında olan müəyyən problemlər bu cür üzə çıxmalıdır? Axı nəyə görə başqa dövlətin və başqa xalqın nümayəndələri bunu eşitməlidirlər? Mən də onun tərəfdarıyam ki, bu kimi problemlər ortaya çıxanda o Azərbaycanın hüquq-mühafizə orqanlarının gücü ilə həll olunmalıdır".

Xatırladaq ki, indiki səfir Azər Xudiyev keçmiş səfir Tələt Əliyevin dövründə guya səfirilyin binasının təmiri zamanı yol verdiyi korrupsiyaya görə Ukrayna Prokurorluğuna müraciət edib və araşdırma nəticəsində ittihamlar təsdiqini tapmayıb. Bundan sonra tərəflər arasındakı münaqişə daha da alovlanıb.

Qeyd edək ki, bu gün Kiyev şəhərində Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev və Dubaydakı keçmiş konsul Paşa Məmmədov mətbuat konfransı keçiriblər. Onlar indiki səfir Azər Xudiyevin fəaliyyətindən, diaspora münasibətindən narazılıqlarını ifadə ediblər. Qeyd olunub ki, səfir A.Xudiyev onları müxtəlif əsassız bəhanələrlə Ujrayna hüquq-mühafizə orqanlarına şikayət edir, donoslar yazır. Bundan başqa diplomatlar Azərbaycanın Ukraynadakı səfirliyinin divarlarının hansısa keyfiyyətsiz təmir deyil, məhz Azər Xudiyevin yarıtmaz fəaliyyəti nəticəsində çat verdiyini bildiriblər. Qeyd ediblər ki, A.Xudiyev səfirliyin binasının dibində hündürmərtəbəli yaşayış binasının tikintisinə mane olsaydı, səfirliyin binasınin divarları da çat verməzdi: "İndi həm səfirliyin binası çat verir, həm də təhlükəsizliyi ciddi təhlükə altındadır."

Xəbər 3409 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +