Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


16.08.2017  10:21 

Lənkəranda dəhşətli qəza – 2 ölü, 5 yaralı





A+  A-

Lənkəranda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı 1-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb, daha 2 nəfər ölüb.
İribuynuzlu heyvan yolda hərəkətdə olan 90-UE-171 dövlət seriyalı nişanlı, "VAZ-2107" markalı avtomobilin yoluna çıxıb.

Avtomobilin sürücüsü bu zaman nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişərək qarşıdan gələn, Astara rayon Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi 90-LE-868 dövlət seriya nişanlı, "Mercedes" markalı avtomobilin yoluna çıxıb.

Nəticədə avtomobillər toqquşub.

Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki daha bir sərnişin aldıqları xəsarətdən qəza yerində ölüblər. Qəza zamanı "Mercedes"in sürücüsü Süleymanov Rüstəm Tarif oğlu, 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Mikayılova İradə, Lənkəran sakini Əlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı şəxsiyyəti hələlik müəyyənləşdirilməyən daha bir şəxs ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(report.az)

Xəbər 1550 dəfə oxunub.



19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +