“Kontakt Home”un kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış
6 dil bilir, Bakıda küçədə yaşayır...
Nazirlikdən üzərliklə bağlı XƏBƏRDARLIQ
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə KEÇİRİLƏCƏK
Bir neçə abituriyent istintaqa cəlb edilib
Gəlin qayınananı ÖLDÜRDÜ
“Baku Electronics”in fırıldağı - Müştəriyə işlənmiş kondisioner satılıb
İcra başçısının adından dələduzluq
Bolt-un kuryeri müştərini təqib etdi - Cəza verildi
“Aeroflot“dan sonra hakerlər Rusiyanın iki iri aptek şəbəkəsini çökürtdü


23.02.2018  10:25 

Ağac “soyqırmı“ndakı MÜƏMMA - “Həmin ərazini Nizami RİH satıb!“





A+  A-

Nizami Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığl rəsmi məlumatı inkar edir.
XəzərNews.az bildirir ki, fevralın 21-də rayonun Qara Qarayev prospekti 59 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan məlumat dərc edildikdən sonra qurumdan AFN-in redaksiyasına mövqe yazısı daxil olub.

Həmin yazıda bildirilir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 21 fevral 2018-ci il tarixində saat 08:00 radələrində rayonun Qara Qarayev prospekti 59 ünvanında gecə saatlarında ağac kəsilməsi faktı müəyyən edilib və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verilib: “Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nizami Rayon Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri ilə birgə yuxarıda qeyd olunan ünvanda reyd keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu barədə akt tərtib edilib və toplanmış materiallar tədbir görülməsi üçün Rayon Polis İdarəsinə göndərilib. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həmin ərazidə 20 ədəd yeni ağacın əkilməsi təmin olunub”.

ETSN-in dünən hadisə ilə bağlı yaydığı rəsmi məlumatda isə bildirilirdi ki, ağac kəsilməsi faktı nazirliyin əməkdaşlarının keçirdiyi reyd zamanı aşkarlanıb. AFN-in məsələyə aydınlıq gətirmək üçün verdiyi sorğuya cavab olaraq nazirlikdən bir daha qeyd olundu ki, fakt ETSN-in rayon üzrə kuratoru tərəfindən reyd keçirilən zaman aşkarlanıb.

Başqa bir mənbədən saytımıza daxil olan məlumatda isə konkret olaraq bildirilir ki, Nizami RİH tərəfindən həmin ərazi satılıb! “Məsələ çox yüksək səviyyədə araşdırılır, icra hakimiyyətinin atdığı addım yolverilməzdir və yaxın günlərdə ciddi nəticələr gözlənilir” deyə mənbəmiz qeyd edir.
Maraqlıdır ki, müvafiq rəsmi açıqlamada ağacları kəsənlərin kimliyi ilə bağlı heç bir açıqlama verilmir. Halbuki bir sutka ərzində bunun aydınlaşdırılması elə də çətin olmamalı idi. Məlumatdakı bu yarımçıqlıq deməyə əsas verir ki, Nizami RİH-in ağacların kəsilməsində gerçəkdən də xüsusi marağı olub.





Xəbər 3972 dəfə oxunub.




30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı

30.07.2025  10:16 

Şamaxıda şərab zavodunda YANĞIN

30.07.2025  10:11 

Gəlin qayınananı ÖLDÜRDÜ

29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu

29.07.2025  17:33 

Dərmanlar bahalaşacaq - SƏBƏB

29.07.2025  16:40 

6-cı cinayətindən bəraət aldı


BÜTÜN XƏBƏRLƏR +