SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək
Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib


14.12.2025  00:20 

Rusiyada saxlanılan Azərbaycanlı deportasiya edildi





A+  A-

Rusiyanın Voronej vilayətində saxlanılan azərbaycanlı Niyaz Əzim oğlu Zahidovun Rusiya Federarsiyası vətəndaşlığından bu ilin iyun ayında çıxarıldığı məlum olub.

XəzərNews.az xəbər verir ki, Zahidovun Rusiya vətəndaşlığına Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin 3 iyun 2025-ci il tarixli qərarı ilə xitam verilib.

Zahidovun məlum qərardan üç ay müddətində yuxarı instansiya orqanına şikayət etmək imkanı olub.

Voronejdəki Azərbaycan diasporunun rəhbəri Mehdi Mehdiyev APA-ya açıqlamasında Zahidova bir neçə il bundan qabaq da xüsusi təyinatlı polis dəstəsinin - OMON-un əməliyyat keçirdiyini, onun doğum günü tədbirinə basqın etdiyini söyləyib.

Diaspor rəhbəri Zahidovun Azərbaycan Respublikasının vətəndaşlığının olmadığını söyləyib. Bildirib ki, Zahidov bir müddət əvvəl Azərbaycandan da deportasiya olunub:

“Bu yaxınlarda onun qardaşı rəhmətə getmişdi. Azərbaycana getdi, amma buraxmadılar. Oradan da deportasiya olunub. İndi Rusiya tərəfi də onun vətəndaşlığını ləğv edib. Evinə gəlib bildiriblər ki, vətəndaşlığı əlindən alınıb".

M.Mehdiyev ümumilikdə, Voronejdə diasporla bağlı vəziyyətin sakit olduğunu vurğulayıb.

Xəbər 800 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +