İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


22.07.2022  12:10 

Onlar intim münasibətdə olan zaman qətlə yetiriliblər...





A+  A-

Cəlilabadda iki nəfər qətlə yetirilib. Gecə 4:00 radələrində rayon sakini Könül Şahmarovanın və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılıb. Hər iki meyit K.Şahmuradovanın yaşadığı evin həyətində aşkarlanıb.

Araşdırmalarla hadisəni törətmiş K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədovun qətli törətməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Könül Şahmarova və Ruslan Qarayevin qətli ilə bağlı təfərrüatı məlum olub. Belə ki, onlar intim münasibətdə olan zaman qətlə yetiriliblər.

Uzuntəpə kənd sakini Allahşükür Qarayevin oğlu Ruslan Qarayev gecə 4 radələrində Cəlilabad rayonunun Kirovka qəsəbəsində Könül Şahmarovanın yaşadığı evə gedib və onunla hamamda intim münasibətə girib.

Bu zaman evə gələn K.Şahmarovanın qaynı Elşən Məmmədov baş verənləri görüb və hər iki şəxsi qətlə yetirib.

Xəbər 4081 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +