İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


19.08.2019  10:32 

Əri tərəfindən yandırılan ana da öldü





A+  A-

Əri tərəfindən yandırılan 24 yaşlı Mətanət Məsimova həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 06:20-də aldığı xəsarətlərdən dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, qadın bədəninin 70 % (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırımışdı.

Dərin nekrozlaşmış yanıq diaqnozu ilə xəstəxanaya çatdırılan 54 yaşlı Səltənət Məmmədovanın (Mətanət Məsimovanın anası) vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyinə görə o, həyati təhlükə altındadır.

Xatırladaq ki, hadisə ötən gün Şəmkirdə Sarıtəpə kəndində qeydə alınıb. M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb.

Xəbər 1141 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +