İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


04.12.2017  18:52 

Sərhəddə 6 kiloqram narkotika tutuldu





A+  A-

Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.
XəzərNews.az xəbər verir ki, bu məlumata əsasən, külli miqdarda narkotik vasitənin nəzarət qaydasında alınaraq dövriyyədən çıxarılması və cinayət əməllərində əlbir olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə gömrük əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nəticədə, Azərbaycan vətəndaşı Zəka Zəkara oğlu Əliyev adları hələlik istintaqa məlum olmayan İran vətəndaşları tərəfindən İrandan Azərbaycana gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla gətirilən 6 kiloqram 20 qram çəkidə həşiş qətranını Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Beləliklə, Zəka Zəkara oğlu Əliyev şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1735 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +