İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


02.09.2024  12:32 

Surqutda azərbaycanlının qətlini Lotu Qulinin qardaşının adamları törədibmiş -HADİSƏNİN DETALLAR





A+  A-

Xəbər verdiyimiz kimi, Masallı rayonunun Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov bir həftə əvvəl Rusiyanın Surqut şəhərində bıçaqlanaraq qətlə yetirilib.

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV hadisə ilə bağlı əlavə informasiyalar əldə edib.

Məlumata görə, hadisə 6 şəxs tərəfindən törədilib. Onlardan 2-si artıq həbs olunub. Həbs olunanların Astara rayonundan olduğu bildirilir. Azərbaycanlı olduqları iddia edilən digər 4 nəfərin isə axtarışı davam edir.

İddiaya görə, sözügedən 6 nəfər Lotu Quli kimi tanınan mərhum Nadir Səlifovun qardaşı Namiq Səlifovun adamları olub. Belə ki, mərhumun Ağsu rayonundan olan sürücüsü qarşı tərəfə A.Səfərovda külli miqdarda pul olduğunu və hara getdikləri barədə məlumat ötürüb. Cinayətkar dəstə üzvləri də A.Səfərovu getdiyi yerdə gözləyiblər. Tərəflər hadisə yerində qarşılaşdıqları zaman onlar A.Səfərovdan pul tələb ediblər. Lakin A.Səfərov onların bu tələbini rədd edib. Daha sonra mübahisə yaranıb və cinayətkarlar mərhuma 70-ə yaxın bıçaq zərbəsi vurublar.

Qeyd edək ki, A.Səfərov hadisədən 2 gün əvvəl Kərbəla şəhərindən - Ərbəin ziyarətindən qayıdıbmış.

Xəbər 5960 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +