Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


04.05.2022  21:15 

“Dənizi çəpərləyib villa tikirlər” - Buzovna sakinləri etiraz edir





A+  A-

Bir qrup Buzovna sakini Prezident İlham Əliyevə müraciət ediblər.

XəzərNews.az xəbər verir ki, onlar dəniz sahillərinin qanunsuz olaraq çəpərlənməsindən şikayətçidirlər.

Bildirirlər ki, həmin əraziyə kanalizasiya suları axıdılır.

“Bu gün Buzovna sakinləri iməclik edib, yeganə zəbt olunmamış 50 metrlik ərazini təmizləmişik. Lakin topladığımız zibilləri maşın gəlib ərazidən götürə bilmir. Çünki dəniz sahilləri hər tərəfdən, sağdan-soldan zəbt edilib. Qanunsuz çəpərlənmələr var. Dəniz çəkildikcə çəpərlər də dənizin içərisinə doğru uzanır. Qanunla dəniz sahilləri dövlətin mülkiyyətidir. 20-50 metr məsafədə gediş-gəliş məhdudlaşdırılmamalıdır. Xüsusən də bizim qayalıqlar, minilliklərlə formalaşan qayalıqlarımız məhv edilir. Üzərinə torpaq, daş-kəsək töküb özlərinə villa tikirlər”.

Xəbər 8656 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +