14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


18.10.2019  12:27 

“Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?”





A+  A-

Oktyabrın 16-da Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası çərçivəsində qurumun Sülh və Beynəlxalq təhlükəsizlik Komitəsinin iclası baş tutub.
XəzərNews.az xəbər verir ki, komitə üzvləri iqlim dəyişikliyi və təbii fəlakətlər nəticəsində dünyada yaranmış disbalans və humanitar fəlakət mövzusuna dair fikir mübadiləsi aparmışlar. Milli Məclisin üzvü Kamran Nəbizadə komitənin iclasında iştirak edərək iqlim dəyişikliyi, artan su qıtlığı, əhali artımı, demoqrafik dəyişikliklər və urbanizasiya proseslərinin su təchizatı sistemləri üçün artıq problemlər yaratdığını bildirib.

Kamran Nəbizadə Azərbaycanın əsas məqsədlərindən birinin suyun bütün sahələrdə səmərəli və məhsuldar istifadəsinin təmin edilməsi olduğunu və ölkəmizin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ətraf mühit sahəsində mühüm nailiyyətlərə əldə olunması üçün çoxsaylı konvensiyaları imzaladığını, bu sahə üzrə son illər ərzində bir sıra qanunların qəbul olunduğunu komitə üzvlərinin nəzərinə çatdırıb.

Komitə üzvləri və rəhbərliyi tərəfindən Milli Məclis üzvünün çıxışı və Azərbaycanın qeyd olunan sahədə nümayiş etdirdiyi mövqe yüksək qiymətləndirildi. Komitənin həmsədri, eyni zamanda Almaniya Bundestaqının Sədr müavini xanım Klaudiya Roth üzv dövlətləri Azərbaycanla eyni mövqedə olmağa çağırmış, yalnız belə bir mövqenin planetimizin gələcəyinə yardım edəcəyini qeyd edib.

Assambleyanın “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən ümumi debatlarda çıxış edən nümayəndə heyətinin üzvü, Millli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayilov Ermənistan hakimiyyətininin Qarabağ xalqı məsələsinin qabartmasını işğal faktının ört-basdır etmək istəməsi ilə əlaqəndirib.

O, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox mülki şəxsin öz tarixi yurd-yuvalarından didərgin düşdüyünü, Xocalıda soyqırım törədildiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Deputat deyib ki, münaqişədə Azərbaycanın mövqeyi dəyişməzdir, Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. O, münaqişə ilə bağlı mötəbər təşkilatlar, o cümlədən BMT tərəfindən 4 qətnamə qəbul olunduğunu, lakin bunların hələ də icra olunmadığını tədbir iştirakçılarına xatırladıb. Sonda Şahin İsmayilov ritorik sualla tədbir iştirakçılarına müraciət edib: “Erməni xalqı öz müqəddəratını müəyyən edərək öz dövlətlərini yaradiblar. İndi onlar ikinci erməni dövləti yaratmaq istəyirlər. Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər? Bu paradoksdur”.

Bu sözlər erməni nümayəndə heyətinin ciddi narazılğına səbəb olub.

Xəbər 2232 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +