Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək
Axşam Bakıda leysan olacaq
“Səba” külli miqdarda borca düşdü
Baş həkim olmaq istəyirdi, 250 min manatı getdi
Şahdağa qar yağıb
Şamaxıda zəlzələ qeydə alınıb
Müdir küçədə vətəndaşı döyüb


17.04.2025  16:17 

Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir





A+  A-

Dünən güclü yağışlardan sonra Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisinin ölməsi, həmçinin xəsarət alanların olması ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb. Bu cür təhlükəli havada işəgötürənlər kəskin tənqid edilir və bildirilir ki, bu, əmək hüquqlarının pozuntusudur. Hətta ölümə səbəb olan və işləmək tapşırığı verən şirkət rəhbərinin həbs edilməsi tələb edilir.

Qanunvericilik bu barədə nə deyir?

XəzərNews.az-ın məlumatına görə, Globalinfo.az-a danışan vəkil Vamiq Şükürov deyib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsininə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır:

“İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri” adlı Əmək Məcəlləsinə edilmiş əlavə var. Belə ki, həmin qaydalara görə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma işləri; 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi işləri dayandırılır. Bunun öhdəliyi birbaşa direktorun, rəhbərliyin üzərinə düşür. Onun borcudur ki, belə bir havada işi dayandırsın. Qeyd edilən tələblərin pozulduğu müəyyən olunarsa, təbii ki, qanunvericiliklə tədbirlər görülür. Cinayət Məcəlləsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda – üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur”.

Vəkil bildirib ki, burada istisna hallar da mövcuddur:

“Bəzən ekskavatorun fəaliyyəti elə birbaşa xilasedici işlərlə bağlı olur. Məsələn, təcili yardım zamanı yaxud hansısa baş vermiş qəzalı vəziyyəti aradan qaldırarkən işlərin dayandırılması qaydaları həmin hallara aid deyil”.


Xəbər 1468 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +