Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?
DİM imtahan iştirakçılarına müraciət edib
Vladimir Putin əmindir ki... - Bloomberg
Qazi maşını “protiv” sürürmüş - Qəza/Ölüm


15.10.2019  12:20 

“Festivallarda keflər çəkilir, amma təbliğata vəsait yoxdur” - Bədəlbəyli





A+  A-

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisdə bu gün keçirilən “Qarabağ - Azərbaycandır və nida işarəsi” mövsuzundakı dinləmələrdə Qarabağ icmasının problemlərinə toxunub.
XəzərNews.az-ın məlumatına görə, o, qeyd edib ki, icmanın bir neçə problemi var:

“Birinci problem vəsaitlə bağlıdır. Cənab prezident bizimlə görüşündə dedi ki, siz daha da aktiv olmalısınız. Avropa Şurasında, Fransada, Moskvada olmalısınız. Ancaq siz oturmusunuz Bakıda və Şuşa üçün ağlayırsız. Açığını deyim ki, vəsait olmasa biz nə Moskvaya, nə Parisə gedə bilərik. Mən konsertlərimdə Xocalı ilə bağlı çıxış edirəm. Biz festivallar keçiririk, keflər çəkilir. Bəs bizim təbliğat məsələsində niyə vəsait yoxdur? Mən deputatlardan xahiş edirəm ki, siz bu məsələdə Maliyyə Nazirliyinə bir az təzyiq edin.

Məni həmçinin telekanalların repertuarı çox narahat edir. Gündə bir əyləncə, boş-boş söhbətlər gedir. Hansısa hədd olmalıdır. Məktəblərdə birinci dərs Qarabağdan olmalıdır. Ancaq efirdə hər gün əyləncə, toydur. Süleyman əmi, Vasif Adıgözəlov yana-yana getdilər. Deyəsən, mən də elə onlar kimi yana-yana gedəcəyəm. Əşi deyirlər ki, Qarabağı neynirsiz?! Kef çəkin, elə bil Qarabağ dərdi yoxdur. Həqiqət çox çətindir və faciəvidir.

Mən necə xoşbəxt ola bilərəm Şuşasız, Qarabağız?! Ola bilər ki, pessimist çıxış etdim. Amma bu, həqiqətdir. Çox istərdim ki, Qarabağ dərdi hər gün müzakirə edilsin”.

Deputat Qənirə Paşayeva da çıxışında F. Bədəlbəylinin maliyyə vəsaiti ilə bağlı çıxışını dəstəkləyib. O qeyd edib ki, dövlətin imkanları artır: “Büdcə müzakirə olunanda bu məsələyə baxılmalıdır və Qarabağ icmasına ayrılan vəsait artırılmalıdır”.

Q. Paşayeva həmçinin “Aprel döyüşləri” ilə bağlı bir filmin tez zamanda çəkilib dünyaya nümayiş etdirilməsinin vacibliyinə də toxunub.

Xəbər 2284 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +